Azərbaycan jurnalistləri 2016-cı ildə

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2016-cı il üzrə sosial durumlarına və media ilə bağlı baş vermiş hadisələrə dair yekun hesabatını açıqlayıb.

Bakı, 17 yanvar 2017. Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2016-cı ildə sosial durumlarının öyrənilməsi üzrə sorğunu yekunlaşdırıb.  JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təşkilatın keçirdiyi sorğuya ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən 20 ümumrespublika yayımlı qəzet, 6 informasiya agentliyi, 15 xəbər portalı, həmçinin 6 həftəlik qəzet, 4 televiziya redaksiysının əməkdaşları cəlb ediliblər (ümumilikdə 51 redaksiya əhatə olunub).

Azərbaycan jurnalistlərinə “Beynəlxalq media vəsiqəsi” verildi

JuHİ.10.03.2016.    Azərbaycanın bir qrup jurnalistinə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi  “Beynəlxalq media vəsiqəsi” (İnternational Press Card)  təqdim edilib. Təqdimat mərasimi BJF-nin Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) ofisində baş tutub. JuHİ sədri  Müşfiq Ələsgərli bildirib ki, Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi  “Beynəlxalq media vəsiqəsi” dünyanın bütün ölkələrində qəbul edilən tanıtım nişanıdır. Vəsiqəni əldə etmiş  jurnalist onu təqdim etməklə istənilən ölkədə informasiya toplamaq hüququ əldə edir.  “Bununla yanaşı, kartın digər mühüm statusları da var. Vəsiqə sahibi olan jurnalist risqli bölgələrə səfər edərkən, öncədən məlumat vermək şərtilə, BJF və onun yerli üzv təşkilatı tərəfindən nəzarətə götürülür.

“Avropada “Freelance” jurnalistlərin hüquqları” mövzusunda veb-seminar keçiriləcək

Beynəlxalq Jurnalistlər Federasiyası (İFJ) və Avropa Jurnalistlər Federasiyası (EFJ) müstəqil-araşdırmaçı jurnalistlər (“Freelance” ) üçün veb seminar keçirəcəklər. Seminarda  ekspet qismində Britaniya Milli Jurnalistlər Birliyinin (NUJ) təmsilçisi, freelance jurnalist, BJF ekspert qrupunun üzvü  Mike Holderness və Almaniya Jurnalistlər Birliyinin (DJV)  təmsilçiləri çıxış edəcəklər.

Azərbaycan jurnalistlərinin 2015-ci il sosial durumlarına dair hesabat

Bakı, 19 yanvar 2016. Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2015-cü ildə sosial durumlarının öyrənilməsi üzrə sorğunu yekunlaşdırıb.  JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təşkilatın keçirdiyi sorğuya ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən 30 ümumrespublika yayımlı qəzet, 8 informasiya agentliyi, 10 xəbər portalı, həmçinin 10 həftəlik qəzet, 4 televiziya redaksiysının əməkdaşları cəlb ediliblər (ümumilikdə 62 redaksiya əhatə olunub).

JuHİ rəhbərliyi deputatlarla media mühitini müzakirə edib

JuHİ reliz.22 yanvar 2015. Jurnalistlərin Həmkarlar İttifaqı İdarə Heyətinin üzvləri Azərbaycan jurnalistlərinin hüquqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsi, onların sosial rifah halının inkişaf etdirilməsi yönündə  qanunvericilik təşəbbüsləri hazırlamaq üçün Azərbaycan parlamentinin üzvləri ilə görüşlərə başlayıblar.

Sunday the 20th. Juhi.az by Joomla 2.5 Templates.