JuHI “Azərbaycanda media islahatları” mövzusunda iki günlük beynəlxalq konfrans təşkil edib

25-26 Sentyabr 2012-ci il tarixində Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Azərbaycan Demokratik Jurnalistlər Liqası, “Ruh” Müdafiə Komitəsi və Beynəlxalq Jurnalistlər Federasiyası Bakıda Avropa İttifaqının Azərbaycan Respublikasında olan nümayəndəliyinin maliyyə yardımı ilə “Etik Jurnalistika Təşəbbüsü-Azərbaycan” proqramı çərçivəsində iki günlük konfrans təşkil etmişlər.

 

“Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar” başlıqlı konfrans Beynəlxalq Mətbuat Mərkəzində təşkil edilərək, müxtəlif media təşkilatları, yerli QHT-lər və beynəlxalq təşkilatlardan olan 57 iştirakçını toplaya bilmişdir.

 

Beynəlxalq Jurnalistlər Federasiyası, IREX və CASCFEN-dən olan beynəlxalq və yerli ekspertlər konfransın uğurlu alınmasına öz töhfələrini vermişlər. Tədbir həmçinin ATƏT-in Bakı ofisi, Aİ nümayəndəliyi və Avropa Şurasından olan təmsilçiləri də yığa bilmişdir. Salamlama müddətində Prezident Administrasiyasının təmsilçisi də auditoriyaya müraciət ünvanlamışdır.

 

İki günlük konfrans Azərbaycanda media azadlığı və təhlükəsizliyi, Etik jurnalistika standartları, İctimai Yayım Xidməti və Azərbaycanda etik media mühitinin inkişafında jurnalistlər ittifaqlarının rolu kimi mövzuları əhatə etmişdir.

 

İştirakçılar, Azərbaycan jurnalistika ictimaiyyətindən olan media təmsilçiləri bu gün jurnalistlərin üzləşdikləri mövcud təhdidləri müzakirə etdilər və yüksək standartlı etik jurnalistikanı təşviq edən azad və müstəqil peşəkar media ictimaiyyətinin təbliği üçün lazım olan əsas sahələri vurğuladılar.

 

Konfransın sonunda Azərbaycanda media islahatları üçün manifestin qaralama versiyası iştirakçılar arasında müzakirə edildi. “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan” layihəsinin koordinatoru Müşfiq Ələsgərli bildirdi ki, iştirakçılar bu cür təşəbbüsü dəstəklədilər və Azərbaycanda media islahatları üçün manifest haqqında öz dəyərli fikirlərini bildirdilər. “Müvafiq konsultasiya prosesindən sonra, bu təkliflərlə zənginləşdirilmiş manifest Azərbaycan media ictimaiyyətinin dəstəyi üçün təqdim olunacaqdır”, deyə Müşfiq Ələsgərli bildirmişdir.

 

Etik Jurnalistika Təşəbbüsləri Konfransı Beynəlxalq Jurnalistlər Federasiyası və “Mətbuat Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası” tərəfindən keçirilən “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan” layihəsi çərçivəsində keçirilmişdir.

 

Koalisiya Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Demokratik Jurnalistlər Liqası və “Ruh” Jurnalistlərin Hüquqlarının Müdafiə Komitəsindən təşkil edilmişdir. Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan layihəsi Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyi tərəfindən dəstəklənən iki illik layihədir.

 

Bu pres reliz haqqında daha ətraflı məlumat üçün lütfən layihənin koordinatoru Müşfiq Ələsgərli ilə əlaqə saxlayın.

 

Thursday the 22nd. Juhi.az by Joomla 2.5 Templates.